...

Kollec tələbələrinin köçürülməsi elektron qaydada həyata keçiriləcək

Cəmiyyət Materials 6 Oktyabr 2016 11:44 (UTC +04:00)
Bu il qış semestrindən başlayaraq, orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün də köçürülmə, yaxud bir ixtisasdan digərinə dəyişdirilmə elektron qaydada həyata keçiriləcək.
Kollec tələbələrinin köçürülməsi elektron qaydada həyata keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu il qış semestrindən başlayaraq, orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün də köçürülmə, yaxud bir ixtisasdan digərinə dəyişdirilmə elektron qaydada həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, cari ildə transfer.edu.az portalına müraciət edən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Burada əsas məqsəd tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılması olub. Ümumi müraciət edənlərin sayı 241 nəfər olub. Onlardan 83 nəfərə müsbət cavab verilib.

E.Bağırov deyib ki, qış semestrindən artıq kolleclər də transfer.edu.az şəbəkəsinə qoşulacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti