...

ƏƏSMN-in 142 və 190 - “Çağrı mərkəzləri”nə 20 331 müraciət daxil olub (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2016 10:39 (UTC +04:00)
Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə 20 331 müraciət daxil olub.
ƏƏSMN-in 142 və 190 - “Çağrı mərkəzləri”nə  20 331 müraciət daxil olub (FOTO)

Bakı. Trend:

Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə 20 331 müraciət daxil olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onların 96,3 faizini sorğu xarakterli müraciətlər təşkil edib. Cari ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri”nə ümumilikdə 20 331 müraciət daxil olub.

Müraciətlərin 19 584-ü və ya 96,3 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğu xarakteri daşıyıb. Həmin sorğuların hər biri ilə əlaqədar vətəndaşlara nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxsləri tərəfindən dolğun hüquqi izahatlar verilib. Digər 747 müraciət isə baxılmaq üçün müraciət vərəqəsi əsasında nazirliyin müvafiq struktur bölmələrinə göndərilib, obyektiv şəkildə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.

Ötən ay 142 və 190 - “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin 29 faizi sosial təminat, 10,9 faizi əmək qanunvericiliyi, 20,6 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 5,3 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələlərinə aid olub. Eləcə də müraciətlərin 6,9 faizi məşğulluğun təminatı, 3 faizi fərdi uçotun təşkili, 8,4 faizi pensiya və müavinətlər, 10,5 faizi məcburi dövlət sosial sığorta, 5,4 faizi avtomatlaşdırılmış pensiya təyinatı məsələlərini əhatə edib.

Sosial təminat sahəsində elektron texnologiyalar üzərində vətəndaşlar üçün şəffaf, əlçatan xidmətlərin mövcud olması bu sahə ilə bağlı müraciətlərin sayının oktyabr ayında da 14,8 faiz azalması ilə müşahidə olunub. Eyni zamanda ötən ay müraciətlərin sayı nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə bağlı 31,1 faiz və avtomatlaşdırılmış pensiya təyinatı məsələləri ilə bağlı 49,8 faiz çoxalıb. Bu da nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətlərə ictimai marağın artmaqda davam etdiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti