...

Bakı Nəqliyyat Agentliyi bu tələbləri yerinə yetirməyən avtobuslarla bağlı tədbirlər görəcək

Cəmiyyət Materials 17 Noyabr 2016 16:38 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tələblər ünvanlanıb.
Bakı Nəqliyyat Agentliyi bu tələbləri yerinə yetirməyən avtobuslarla bağlı tədbirlər görəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tələblər ünvanlanıb.

Bunu Trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, bu həm Nazirlər Kabinetinin müvafiq qərarlarından irəli gələn, həm də agentlik tərəfindən hazırlanan Bakı nəqliyyat planında olan tələblərdir: “Qeyd olunan tələblərin, yəni təkərlərin, mühərrikin tam qış rejiminə uyğunlaşdırılması, avtobus salonundakı pəncərələrin normal vəziyyətdə olması və digər tələblərin tam təmin olunmaması ilə bağlı müraciət daxil olarsa, onda həmin daşıyıcılarla bağlı tədbirlər görüləcək. Bununla bağlı işlər gedir. Qəsəbələrdən gələn avtobusların bir çoxunun pəncərələrində problemlər var idi və görülən tədbirlər nəticəsində bu problemlər aradan qaldırılıb”.

N.Allahyarova vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin baş direktorunun xüsusi tapşırığı var: “Agentliyin rəhbər şəxsləri aidiyyatı daşıyıcı şirkətlərlə birlikdə problemlərin yerindəcə aşkarlanması və aradan qaldırılması məqsədilə mütəmadi monitorinqlər keçirirlər. Ancaq qarşıda gələn aylarda bu monitorinqlər daha çox keçiriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti