Bakı. Trend:
Almaniyanın "Lufthansa" aviaşirkətinin 6 gündür tətil edən pilotları bu gündən etibarən işə çıxıblar.
Trend-in məlumatına görə, bu gün Pilotların Həmkarlar İttifaqı tətilin başa çatdığını elan edib.
Tətil səbəbindən "Lufthansa"nın Bakıya uçuşlar daxil olmaqla, 4500 aviareysi təxirə salınıb. Buna görə təqribən 500 min sərnişin vaxtında səfər edə bilməyib.
"Lufthansa"da 5400-ə yaxın pilot çalışır.İqtisadi ekspertlər tətilin aviaşirkətə böyük maddi zərər vurduğunu bildirirlər.