...

Bakıda avtobus sürücüsünə töhmət verilib

Cəmiyyət Materials 8 Dekabr 2016 19:24 (UTC +04:00)
Paytaxtda avtobus sürücüsünə töhmət verilib.
Bakıda avtobus sürücüsünə töhmət verilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Paytaxtda avtobus sürücüsünə töhmət verilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, 216 saylı marşrut xətti üzrə hərəkət edən "90 RE 366" dövlət qeydiyyat nömrəli marşrutun sürücüsü Qəniyev Cavid Rafiq oğlu avtobusa həddən artıq sərnişin mindirdiyindən nəqliyyat vasitəsini qapısı açıq vəziyyətdə idarə edib.

Marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkətin rəhbəri Bakı Nəqliyyat Agentliyinə dəvət olunub və izahatı alınıb. Öz növbəsində, şirkət rəhbərliyi sürücünün izahatını alaraq ona qarşı töhmət elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti