...

Bakıda daha bir avtobus sürücüsü işdən azad edildi (FOTO)

Cəmiyyət Materials 25 Noyabr 2016 10:49 (UTC +04:00)
Bakıda daha bir avtobus sürücüsü işdən azad edilib.
Bakıda daha bir avtobus sürücüsü işdən azad edildi (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda daha bir avtobus sürücüsü işdən azad edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, 117 nömrəli marşrut avtobuslarında süni olaraq gediş haqlarının artırılması ilə bağlı daxil olan şikayət əsasında qurumun mütəxəssisləri tərəfindən müntəzəm sərnişindaşıma xidməti göstərən 117 nömrəli marşrut avtobuslarına baxış keçirilib və salonda daşıma haqqını əks etdirən marşrut lövhələri aşkarlanmayıb. 117 nömrəli marşrutun müvəqqəti istismarçısı Agentliyə dəvət olunaraq izahatı alınıb və məsələ ilə bağlı tədbir görülməsinə dair daşıyıcıya ciddi tapşırıq verilib.

Bakıda avtobus sürücüsü işdən azad edildi (FOTO)

Bakıda avtobus sürücüsü işdən azad edildi (FOTO)

Görülən tədbirlər nəticəsində 117 nömrəli marşrutda fəaliyyət göstərən "90 BK 869" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü daşıyıcı şirkət rəhbərliyinin əmri ilə işdən azad edilib. Eyni zamanda gediş haqqı tarifini göstərən məlumat lövhələrinin 117 nömrəli marşrut avtobuslarının salonlarında yerləşdirilməsi təmin edilib.

Qeyd edilən faktın mövcudluğu bir daha ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinin zəruri olduğunu göstərir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bir daha bütün daşıyıcı şirkətlərdən tez bir zamanda nağdsız ödəniş sisteminə keçmələrini tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti