...

Bakıda avtobus sürücüsü işdən azad edildi (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2016 10:58 (UTC +04:00)
Paytaxtda avtobus sürücüsü işdən azad edildi.
Bakıda avtobus sürücüsü işdən azad edildi (FOTO)

Bakı. Trend:

Paytaxtda avtobus sürücüsü işdən azad edildi.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, 20 saylı marşrutla bağlı daxil olan şikayət və fotoşəkillər əsasında "10-TG-704" seriyalı avtobusun sürücüsü A.Məhərrəmov yol hərəkət qaydalarını pozduğu və bu kimi hallara mütəmadi yol verdiyi üçün Agentliyin iradı əsasında daşıyıcı şirkət tərəfindən işdən azad edilib.

BNA qeyd edir ki, yolda təhlükəsizlik qaydalarına əməl etmək ümumi məsuliyyətdir. Sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyır. Agentlik bu kimi hallarla bağlı iradları, təklif və şikayətləri qəbul edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti