...

Tanınmış pedaqoq Şalva Amonaşvili Bilik Fondunda olub (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2016 17:02 (UTC +04:00)
Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Aleksandroviç Amonaşvili Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Tanınmış pedaqoq Şalva Amonaşvili Bilik Fondunda olub  (FOTO)

Bakı. Trend:

Müasir pedaqogikanın əfsanəsi, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti, yazıçı Şalva Aleksandroviç Amonaşvili Azərbaycan Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Qurumun informasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, fondda keçirilən görüşdə icraçı direktor Oktay Səmədov, Gürcüstan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin prezidenti, psixoloq Paata Amonaşvili, Təhsil İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetin və Pedaqiji Kollecin əməkdaşları iştirak ediblər.

İcraçı direktor O.Səmədov qonaqlara Bilik Fondunun maarifçilik istiqamətində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, Fondun müxtəlif mövzularda Azərbaycanın bütün bölgələrində, eləcə də xarici ölkələrdə təşkil etdiyi mühazirələr, yeniyetmə və gənclərin yaradıcılığını cilalamaq və stimullaşdırmaq məqsədilə keçirdiyi sərgilər, müsabiqələr böyük maraqla qarşılanır.

Fondun fəaliyyəti ilə tanış olan Ş.Amonaşvili qısa zaman ərzində həyata keçirilmiş əhəmiyyətli layihələri, xüsusilə məktəblərlə sıx əlaqələrin qurulmasını alqışladığını deyib. Alimin fikrincə, gənclərin sadəcə elmi biliklərə yiyələnməsi kifayət deyil, onların cəmiyyətə faydalı bir fərd kimi yetişdirilməsi üçün dünyagörüşlərinin genişləndirilməsi və yaradıcılıq imkanlarının üzə çıxarılaraq inkişafına şərait yaradılması önəmlidir. Bilik Fondunun bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu deyən qonaq xatirə albomuna öz ürək sözlərini yazıb.

Sonra görüşdə müasir pedaqogikanın problemləri barədə fikir mübadiəsi aparılıb.

Qeyd edək ki, Beynəlxalq Humanist Pedaqogika Assosiasiyasının prezidenti Şalva Aleksandroviç Amonaşvili ADPU-nun, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) və Respublika Humanist Pedaqogika Mərkəzinin (RHPM) birgə təşkilatçılığı ilə 21-25 dekabr 2016-cı il tarixlərində Humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda keçirilən II beynəlxalq konfrans-seminarda iştirak etmək üçün Bakıya gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti