Bakı. Trend:
2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “İslam ölkələri: qadınlarının inkişafı” adlı foto müsabiqə həyata keçirir.
Bu barədə Trend-ə Komitədən məlumat verilib.
Müsabiqədə iştirak etmək üçün iştirakçılar 15 fevral 2017-ci il tarixinə qədər [email protected] elektron ünvanına aşağıdakı sənədləri təqdim etməlidirlər:
Doldurmuş Anket (iştirakçı haqqında məlumat, əlaqə nömrəsi)
Müsabiqədə iştirak edən foto şəkil sayı: 1 – 5 ədəd;
Şəkillərin elektron forması 800 – 1500 px təşkil olunmalıdır və JPEG ,TİFF və ya RAW formatda təqdim edilə bilər.
Foto müsabiqəyə təqdim olunan işlər Komitənin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə nümayiş olunacaq.
Müsabiqənin qalibləri mükafatlandırılacaq.
Əlaqə nömrəsi: 012 598 51 74