...

Ötən il 72 hərbi qulluqçuya amnistiya aktı tətbiq edilib

Cəmiyyət Materials 27 Yanvar 2017 15:30 (UTC +04:00)
Ötən il Azərbaycan Silahlı Qüvvələrində qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb.
Ötən il 72 hərbi qulluqçuya amnistiya aktı tətbiq edilib

Bakı. Samir Əli - Trend:

Ötən il Azərbaycan Silahlı Qüvvələrində qeydə alınmış cinayətlərin 99,1 faizi açılıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev bildirib ki, 2015-ci ilə nisbətən ötən il Silahlı Qüvvələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər 14,2 faiz, hərbi xidmətdən yayınma cinayətləri 35,1 faiz, o cümlədən hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 40,2 faiz, fərarilik 69,2 faiz, tabelik qaydası əleyhinə 4,2 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 4 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə 53,3 faiz, qəsdən adam öldürmə 36,8 faiz, özünü öldürmə həddinə çatdırma 14,3 faiz azalıb.

Qeyd edilib ki, 2015-ci illə müqayisədə ötən il Müdafiə Nazirliyinin hərbi hissələrində qeydə alınmış cinayətlər 5,1 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 12,7 faiz azalıb. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. Bununla yanaşı, Silahlı Qüvvələrdə ötən il bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.

Hərbi prokuror deyib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2016-cı il 20 may tarixli qərarı Respublika Hərbi Prokurorluğu orqanları tərəfindən vaxtında icra olunaraq 72 hərbi qulluqçuya amnistiya aktı tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti