...

Hərbi Prokurorluq 153 şəxs barədə 117 cinayət işini məhkəməyə göndərib

Cəmiyyət Materials 27 Yanvar 2017 15:39 (UTC +04:00)
153 şəxs barəsində 117 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə cəlb edilib.
Hərbi Prokurorluq 153 şəxs barədə 117 cinayət işini məhkəməyə göndərib

Bakı. Samir Əli - Trend:

Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2016-cı ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı görülən mübarizə tədbirləri nəticəsində 153 şəxs barəsində 117 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə cəlb edilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini – respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev bildirib ki, cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 1 102 641 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.

Qeyd olunub ki, ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 45 nəfər tutularaq istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 150 yoxlama keçirilib, nəticədə 2234 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 228 təqdimat göndərilib, 239 nəfərə xəbərdarlıq edilib, 41 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 137 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 23 qanunsuz qərar ləğv olunub.

Ötən il həmçinin əmək, xidməti və icra intizamı ilə əlaqədar yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 9 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti