Bakı. İlhamə İsabalayeva - Trend:
Regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, fevral ayında keçiriləcək qiymətləndirmə peşə-ixtisas, İKT, məntiq və pedaqogika sahələrini əhatə etməklə 60 sualdan ibarət olacaq.
Qiymətləndirmənin həyata keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etməkdir. Qiymətləndirmədən keçən şəxslərin ixtisasartırmaya cəlb olunması və müəssisələrin sayının optimallaşdırılması zamanı işin yenidən təşkili nəticələrə əsasən həyata keçiriləcək.
Ötən ilin dekabr ayında Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan 1500 pedaqoji işçinin bilik və bacarıqları qiymətləndirilib.