...

Baş konsul: Rusiyada metroda azərbaycanlıların xəsarət alması barədə məlumat daxil olmayıb

Cəmiyyət Materials 3 Aprel 2017 17:26 (UTC +04:00)

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu metroda baş vermiş partlayış zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır.

Baş konsulun sözlərinə görə, hazırda qurumun əməkdaşları yerli hakimiyyət orqanları ilə daimi təmasdadır.

Bunu Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov deyib.

Sankt-Peterburq metrosunda partlayış: 11 ölü, 45 yaralı (VİDEO/FOTO) (YENİLƏNİB-4)

Sankt-Peterburq metrosunda partlayış: 11 ölü, 45 yaralı (VİDEO/FOTO) (YENİLƏNİB-4)

Baş konsulun sözlərinə görə, hazırda diplomatik nümayəndəliyin əməkdaşları vətəndaşlarımız və həmvətənlərimizlə bağlı vəziyyəti aydınlaşdırmaq üçün yerli hakimiyyət orqanları ilə təmasdadır:

"İndiyədək azərbaycanlılarım xəsarət alması barədə məlumat daxil olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti