Təfərrüatlar əlavə olunur (ilk xəbər saat 16:03-də yayılıb)
Bakı. Trend:
Dəqiqləşdirilmiş məlumatlara görə, Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 11 nəfər təşkil edir, 45 nəfər xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, bu haqda TASS xəbər verir.
X X X
16:45
Milli Antiterror Komitəsi Sankt-Peterburq metrosunda qeydə alınmış partlayış nəticəsində ölənlərin və yaralananların olduğunu təsdiq edib.
Trend-in məlumatına görə, şəhər hakimiyyətindəki mənbə RİA Novosti-yə 50 nəfərin xəsarət aldığını deyib.
X X X
16:45
Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 30 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə tibb dairələrindəki mənbə bildirib.
X X X
16:24
Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında vaqonlardan birində baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə TASS-a təcili xidmətdəki mənbə bildirib.
Hadisə yerində istintaq qrupu çalışır. Cinayət işi açılıb.
X X X
Rusiyanın Sankt-Peterburq şəhərində metronun "Sennaya Ploşad" stansiyasında baş vermiş partlayış nəticəsində ən azı 10 nəfər xəsarət alıb.
Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Hadisə şahidləri iki partlayıcı qurğunun işə düşdüyünü bildirib.
X X X
16:03
Sankt-Peterburq metrosunda partlayış olub.
Bu barədə Trend TASS agentliyinə istinadən məlumat verir.
Hadisə şahidləri xəsarət alanların olduğunu bildirir.