...

IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə təlim keçirilib

Cəmiyyət Materials 5 Aprel 2017 12:16 (UTC +04:00)
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksində bu gün təlim keçirilib.
IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə təlim keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksində bu gün təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları, canlı qüvvə və texnikası cəlb olunub.

İdman yarışları keçiriləcək obyektdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması məqsədi ilə keçirilən təlimdə yanğın təhlükəsizliyinin təmin olunması, tamaşaçıların təxliyyə olunması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyatlar həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti