...

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının saytı fəaliyyətə başlayıb

Cəmiyyət Materials 5 Aprel 2017 12:53 (UTC +04:00)
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) yeni internet saytı - aziznews.ru fəaliyyətə başlayıb.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının saytı fəaliyyətə başlayıb

Bakı. Trend:

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) yeni internet saytı - aziznews.ru fəaliyyətə başlayıb və az vaxt ərzində yerli kütləvi informasiya vasitələrinin reytinq cədvəlində öz yerini tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, sayt qısa müddətdə İsraildəki rusdilli saytların arasında 26-cı yerdən 12-ci sıraya qalxıb.

“Azİz”in İdarə Heyətinin üzvü Yuriy Boçarovun baş redaktorluğu altında fəaliyyət göstərən saytda indiyə qədər yerləşdirilmiş 300-dən artıq yazının 70-i Azərbaycan haqqında olub. Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, “Azİz”in Xocalı faciəsi, İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyinə və digər tarixi hadisələrə həsr olunmuş tədbirləri haqqında informasiyalar geniş işıqlandırılıb.

Bundan başqa, yəhudi jurnalistlərin Azərbaycana səfərindən sonra ölkəmizin mədəniyyəti, tarixi, turizm imkanları, təbiəti, buradakı tolerantlıq mühiti haqqında hazırladığı və İsrailin populyar kütləvi informasiya vasitələrində işıq üzü görmüş materialları da saytda yerləşdirilir.

Ümumilikdə isə saytda İsrail, Azərbaycan, Rusiya, ABŞ, Avropa və MDB ölkələri haqqında informasiyalar, Azərbaycandan İsrailə köçmüş yəhudi icmasının həyatına dair xəbərlər, Azərbaycan və İsrailin tanınmış şəxsiyyətləri haqqında məlumatlar və digər materiallar yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti