...

İTV Yayım Şurasının yeni üzvlərinin ADLARI

Cəmiyyət Materials 14 Aprel 2017 13:27 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklərə baxılıb.
İTV Yayım Şurasının yeni üzvlərinin ADLARI

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının tərkibində dəyişikliklərə baxılıb.

Trend-in məlumatına görə, üzvlərin 18 mart 2017-ci il tarixdə 6 illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar, yeni namizədlərin irəli sürülməsi ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən təşkilati tədbirlər görülüb.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlüyünə Azərbaycan Mətbuat Şurası tərəfindən Həsrət Azər Hacıqulu oğlu, Məmmədli Yadigar Tarix oğlu, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən İmanov Muxtar Kazım oğlu, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Cəfərov Həsən Şahhüseyn oğlu və Cəfərov Əli Səfər oğlunun namizədliyi irəli sürülüb.

İrəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, 6 il müddətinə təsdiq ediləcək.

Səsvermə nəticəsində Həsrət Azər, İmanov Muxtar, Cəfərov Həsən İTV Yayım Şurasının üzvləri seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti