...

Bakıda məktəbdə zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi

Cəmiyyət Materials 14 Aprel 2017 19:20 (UTC +04:00)
Bakıda orta məktəbdə 11 şagird zəhərlənib.
Bakıda məktəbdə zəhərlənmə - 9 şagird xəstəxanaya yerləşdirildi

Bakı. Trend:

Bakıda orta məktəbdə 9 şagird zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Məlumata görə, zəhərlənən məktəblilər 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, uşaqlardan 8-i hazırda reanimasiya şöbəsinə yerləşdirilib. 1 nəfər şagird isə xəstəxananın ümumi palatasında müalicə alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti