...

İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə işləyən psixoloqlara sertifikatlar verilib (FOTO)

Cəmiyyət Materials 21 Aprel 2017 18:15 (UTC +04:00)
Bu gün Bakıda Siyasi Psixologiya Mərkəzinin IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 8 minə yaxın könüllünün psixoloji yoxlamadan keçirilməsində iştirak edən könüllü psixoloqlarına sertifkatlar təqdim edilib.
İslam Həmrəyliyi Oyunlarının könüllüləri ilə işləyən psixoloqlara sertifikatlar verilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakıda Siyasi Psixologiya Mərkəzinin IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 8 minə yaxın könüllünün psixoloji yoxlamadan keçirilməsində iştirak edən könüllü psixoloqlarına sertifkatlar təqdim edilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Siyasi Psixologiya Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov bildirib ki, bu, Azərbaycanda yeni bir təşəbbüsdür:

“Siyasi Psixologiya Mərkəzi Azərbaycanda ilk dəfə xüsusi bir təşəbbüs irəli sürüb. Belə bir təşəbbüsü biz bir neçə ay əvvəl gənclər və idman naziri Azad Rəhimova təqdim etdik. O isə öz növbəsində, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək könüllülərin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin seçimindən, apardığı təhlillərdən başqa xüsusi psixoloji yoxlamadan keçirilməsini və psixoloqların onlarla işləməsini dəstəklədi və bu ideyanın reallaşması üçün lazımi şərait yaratdı”.

S.Seyidov vurğulayıb ki, Azərbaycanda ilk dəfə olaraq xüsusi metod vasitəsilə könüllülərin psixoloji yoxlanması həyata keçirilir: "Hətta xarici ölkələrdə bu iş qismən həyata keçirilir. Artıq IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək könüllülərin psixoloji durumu haqqında ümumi məlumat mövcuddur”.

Daha sonra çıxış edən Siyasi Psixologiya Mərkəzinin baş psixoloqu Fatimə Kərimli bildirib ki, könüllülərin psixoloji testi yüksək səviyyədə həyata keçirilib və onların psixoloji cəhətdən Oyunlara tam hazır olduğu müəyyən edilib: “Biz çox şad olduq ki, könüllülər Oyunlara belə yüksək səviyyədə hazırdır və motivasiyalıdırlar”.

F.Kərimli əlavə edib ki, Mərkəzin psixoloqları bundan sonra da İslamiada könüllüləri ilə işi davam etdirəcək, onlar üçün təlimlər keçirəcək.

Həmçinin qeyd edilib ki, Mərkəzin psixoloqlarının əksəriyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının məzunlarıdır.

Tədbirdə, həmçinin Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri də iştirak edib və bu təşəbbüsü yüksək dəyərləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti