...

Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada bədii gimnastika yarışlarının qaliblərini mükafatlandırıb (FOTO)

Cəmiyyət Materials 13 May 2017 23:41 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarında komanda hesabında qaliblərin mükafatlandırılması mərasimi keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada bədii gimnastika yarışlarının qaliblərini mükafatlandırıb (FOTO)

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışlarında komanda hesabında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mükafatlandırma mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iştirak edib.

Bu yarışmada Azərbaycan yığması qalib gəlib. Özbəkistan ikinci, Türkiyə komandası isə üçüncü yeri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti