...

Gəncədə aviabomba tapılıb (FOTO)

Cəmiyyət Materials 16 İyun 2017 15:25 (UTC +04:00)
Gəncənin Kəpəz rayonunda Məhsəti qəsəbəsi, 8-ci küçədə 1 həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Gəncədə aviabomba tapılıb (FOTO)

Bakı. Trend:

Gəncənin Kəpəz rayonunda Məhsəti qəsəbəsi, 8-ci küçədə 1 həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd aviabomba (FAB-50) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 16 iyun 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 164 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 776 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 153 728 kv.m ərazi (683 689 kv.m əl ilə, 1 449 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 907 899 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti