...

İyun ayı üzrə pensiyalar Ramazan bayramının sonuna qədər veriləcək

Cəmiyyət Materials 20 İyun 2017 12:18 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının pensiyalarının ödənilməsi Ramazan bayramının sonuna qədər həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov deyib.

Qeyd edək ki, iyunun 26-27-də ölkədə Ramazan bayramı qeyd ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti