...

Bu il fitrə zəkatının həcmi nə qədər oldu? - QMİ-dən CAVAB

Cəmiyyət Materials 22 İyun 2017 08:31 (UTC +04:00)
Azərbaycanda Ramazan ayının son günü fitrə zəkatın həcmi 5-10 manat arası məsləhət görülür.
Bu il fitrə zəkatının həcmi nə qədər oldu? - QMİ-dən CAVAB

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumatda qeyd olunur ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün imkansızlara, ehtiyacı olan ailələrə fitrə zəkatı verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti