...

Dövlət Komitəsi: 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb

Cəmiyyət Materials 4 İyul 2017 18:32 (UTC +04:00)
Respublika üzrə 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb.
Dövlət Komitəsi: 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb

Bakı. Samir Əli - Trend:

Respublika üzrə 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.

Onlardan 9-u istisna olmaqla, hamısı məscidlərdə təşkil edilən Quran kurslarıdır. Ümumilikdə, respublika üzrə 204 kurs fəaliyyət göstərir ki, onlardan 140-ı oğlan, 64-ü isə qız tələbələr üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti