...

Bakıda 334 mindən artıq insan təcili yardım çağırıb

Cəmiyyət Materials 14 Avqust 2017 10:40 (UTC +04:00)
2017-ci ilin ilk 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 mindən artıq ümumi müraciət daxil olub.
Bakıda 334 mindən artıq insan təcili yardım çağırıb

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin ilk 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334 mindən artıq ümumi müraciət daxil olub.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu çağırışlardan 190 müraciət daimi yaşayış yeri məlum olmayan şəxslərlə bağlı olub.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin müəssisələrində daimi yaşayış yeri üzrə əhaliyə tibbi yardım göstərməklə yanaşı, həmçinin daimi yaşayış yeri məlum olmayan şəxslərə tibbi yardım göstərir.

Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən 2016-cı ilin iyun ayından etibarən daimi yaşayış yeri məlum olmayan şəxslər barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olduğu halda, həmin şəxs təcili tibbi yardım briqadası tərəfindən müayinə olunduqdan sonra ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq və rentgen müayinəsindən keçirilir. Müayinə nəticəsində hansısa bir xəstəlik aşkarlanarsa profil üzrə müvafiq xəstəxanaya yerləşdirilir.

Xəbər lenti

Xəbər lenti