...

Bakı Metropoliteni işçilərin məcburi məzuniyyətə göndərilməsi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 8 Sentyabr 2017 12:04 (UTC +04:00)
Bakı Metropoliteni qurumda bəzi işçilərin öz hesabına məzuniyyətə göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Bakı Metropoliteni işçilərin məcburi məzuniyyətə göndərilməsi məsələsinə aydınlıq gətirdi

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteni qurumda bəzi işçilərin öz hesabına məzuniyyətə göndərilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, bu proses qurumun tikinti sektorunda iş həcminin azalması ilə bağlıdır:

"Metroda tikintidə iş həcmi azaldığı üçün işçilər növbəli halda məzuniyyətə göndərilir. Qurum rəhbərliyi iş həcmi azaldığı üçün humanizmlik prinsipini əsas gətirərək işçiləri işdən azad etmir. Buna görə də işçilər növbəli məzuniyyətə göndərilir ki, həmin işçilər tam işsiz qalmasın, müəyyən müddətdən sonra maaş alsınlar. Məzuniyyətə göndərilənlər metronun əsasən, "Bənövşəyi xətt"in tikintisində işləyirdilər. Onlar "Avtovağzal", "Memar Əcəmi" və şərti adı "B-3" olan stansiyaların tikintisində çalışırdılar. İndi "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında iş yekunlaşıb və stansiyalar artıq istifadəyə verilib. Ona görə də həmin stansiyaların tikintisində işləyənlər növbəli məzuniyyətə göndərilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti