...

Azadlığı məhdudlaşdırılmış şəxslərə elektron nəzarət ediləcək

Cəmiyyət Materials 29 Sentyabr 2017 12:33 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda azadlığı məhdudlaşdırılmış şəxslərə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacaq, yəni bu şəxslərə elektron nəzarət aparılacaq.

Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə keçirilən Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.

O bildirib: “Təhlillər aparılarkən məlum oldu ki, Cinayət Məcəlləsində nəzərdə tutulan bir çox tərkiblərə görə azadlıqdan məhrum etməyə alternativ sanksiya nəzərdə tutulmayıb. Belə halların sayı 60 faizə yaxın idi. Belə halda azadlıqdan məhrum etmə ilə bağlı olmayan yeni növ cəzanın - azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinə daxil edilməsini təklif etdik. Əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub. Lakin həmin cəza növü tamamilə fərqli idi, şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonradan cəza effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Yeni cəza növünə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacaq. Yəni, şəxslərə elektron nəzarət aparılacaq. Azadlığı məhdudaşdırılmış şəxslərə elektron nəzarət vasitələri tətbiq edildiyi halda, həmin şəxs bu cəzanı icra etmiş olacaq. Elektron monitorinq sistemi bu şəxslərin yerləşdirilməsi ilə bağlı konkret məlumatlara malik olmaqla qanunun icrasının effektivliyini təmin edəcək”.

Xəbər lenti

Xəbər lenti