...

Azərbaycan polisinin 100 illiyi ilə bağlı medal təsis edildi

Cəmiyyət Materials 2 Oktyabr 2017 16:20 (UTC +04:00)
Azərbaycan polisinin 100 illiyi ilə bağlı medal təsis edilib.
Azərbaycan polisinin 100 illiyi ilə bağlı medal təsis edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan polisinin 100 illiyi ilə bağlı medal təsis edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, bu medalda həm Azərbaycanın müstəqilliyinin, həm də polisin atributları təsvir olunacaq. Məsələ səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti