Bakı. Samir Əli - Trend:
Araz çayının yeni qolunun tikintisi üzrə işlərin həcmi açıqlanıb.
Trend-in məlumatına görə, "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir ki, Araz çayının yeni qolunun tikintisi obyekti üzrə kanalın 33,2 km-lik hissəsində tikinti işləri aparılıb.
Həmin hissənin 24 km-lik hissəsinin en kəsiyi qazılıb və onun üzərindəki qurğuların tikintisi tamamlanıb.