...

Bakı Şəhəri Təhsil İdarəsindən məktəbdə baş verən insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət Materials 10 Oktyabr 2017 11:41 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 151 nömrəli tam orta məktəbdə baş verən insdentlə bağlı açıqlama verib.
Bakı Şəhəri Təhsil İdarəsindən məktəbdə baş verən insidentlə bağlı AÇIQLAMA

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 151 nömrəli tam orta məktəbdə baş verən insdentlə bağlı açıqlama verib.

İdarədən Trend-ə verilən məlumata görə, 151 nömrəli məktəbdən verilən məlumatda qeyd edilir ki, məktəbin 8-ci sinif şagirdləri Əliyev Fərid və Bədirov Əli arasında olan insident məktəbdən kənarda olub. Hadisə 09.10.2017-ci il tarixdə axşam saat 19:00 radələrində Nərimanov rayonunda idman məşqindən qayıdarkən onların aralarında yaranmış mübahisə zəminində baş verib:

"Ətrafda olan şəxslərin köməyi ilə xəsarət alan uşaq xəstəxanaya aparılıb, ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, uşağın aldığı xəsarət ciddi deyil. Qeyd olunan şagirdlər məktəbdaxili nizam-intizam qaydalarına əməl edən və orta tədris göstəricilərinə malik şagirdlərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti