Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycan Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb.
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
N.Səmədov bildirib ki, bu məsələ ilə bağlı ən böyük problem laynerlərin olmamasıdır:
"Hazırda Rusiya tərəfindən 2 layner tikilir. Digər Xəzəryanı ölkələr gələcəkdə bu layihəyə qoşulmaq istəsə də, artıq Rusiya ilə Azərbaycan arasında belə bir kruizin təşkili ilə bağlı ilkin razılıq əldə edilib".