...

Bilik Fondu “Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə keçirib (FOTO)

Cəmiyyət Materials 19 Oktyabr 2017 17:43 (UTC +04:00)
“Mədəni maarifləndirmə” proqramı çərçivəsində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Bilik Fondu “Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbirdə Qaradağ rayonu ərazisində yerləşən məktəblərin müəllim və şagird kollektivi, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Qaradağ rayonu İcra hakimiyyəti ilə birgə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov “Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə deyib.

Tədbiri Qaradağ Rayonu İcra Hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini Təranə İsmayılova açaraq qonaqları salamlayıb. Natiq Bilik Fonduna Qaradağ rayonunda maarifçilik istiqamətində həyata keçirilən layihələrə görə təşəkkürünü bildirib.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində görülən işlərdən danışıb.

Tədbir iştirakçıları professor Fuad Məmmədovun mühazirəsini maraqla qarşılayıb, sonra mövzu ətrafında müzakirə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti