...

Baş prokuror Bərdədə vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 20 Noyabr 2017 10:38 (UTC +04:00)
Baş prokuror Zakir Qaralov Bərdə rayonunda vətəndaş qəbulu keçirəcək.
Baş prokuror Bərdədə vətəndaş qəbulu keçirəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Zakir Qaralov cari il noyabrın 24-də saat 10:00-da Bərdə rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Bərdə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti