...

Nazirlik: “Aqrolizinq”in Sabirabad Regional nümayəndəliyində ciddi nöqsanlar aşkar edilib

Cəmiyyət Materials 24 Noyabr 2017 17:59
Toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Nazirlik: “Aqrolizinq”in Sabirabad Regional nümayəndəliyində ciddi nöqsanlar aşkar edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrinə əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad Regional nümayəndəliyinin 1 iyul 2015-ci il tarixdən 4 iyul 2017-ci il tarixədək olan dövr üzrə maliyyə-təsərrüfat fəaliyətinin daxili auditi aparılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, audit nəticəsində mineral gübrələrin saxlanılması və istifadəsi ilə bağlı nümayəndəliyin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilib.

Müəyyən edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti