• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

BDU-da "Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə" tədbiri keçirilib (FOTO)

15 Dekabr 2017 10:34 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Hüquq fakültəsi “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının bilavasitə təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq insan hüquqları gününə və Azərbaycan Respublikası - YUNESKO əməkdaşlığının 25 illiyinə həsr edilmiş “Müasir dövrdə insan hüquqlarının inkişafi: beynəlxalq və milli təcrübə” mövzusunda dəyirmi masa keçirilib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrası müəllimlərinin və digər tədqiqatçıların elmi məruzələrinin dinlənildiyi dəyirmi masada Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Azərbaycan Respublikası Prokurorluğunun, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatının, Dövlət Neft Şirkətinin, AMEA Hüquq və İnsan haqları üzrə Elmi-Tədqiqat İnstitununun, beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil hüquqşünaslar, magistrantlar və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDU-nun Hüquq fakültəsinin dekanı və “İnsan hüquqları və informasiya hüququ” üzrə YUNESKO kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev “İnsan hüquqlarının təbliği və tədrisi bu sahədə əsas təminat vasitəsi kimi” mövzusunda məruzə edib. Məruzədə dövlətimizin insan hüquqları istiqamətindəki fəaliyyəti təhlil edilib və xüsusi olaraq bildirilib ki, əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu insan hüquqları da daxil olmaqla, daxili və xarici siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş 28 dekabr 2006-cı il Milli Fəaliyyət Planı və 27 dekabr 2011-ci il tarixli Milli Fəaliyyət Proqramı dövlətimizdə yüksək səviyyədə yerinə yetirilib. Məruzədə eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarda, xüsusən YUNESKO-da apardığı ideal fəalyyət konkret faktlarla göstərilib. Qeyd edilib ki, bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz və geniş istiqamətli fəaliyyəti dövlətimizin beynəlxalq imicinin daha da artmasına gətirib çıxarıb. Daha sonra məruzədə insan hüquqları sahəsində dayanan vəzifələr, bu istiqamətdə elmi-tədqiqat işlərinin vəziyyəti, tədris prosesi barədə perspektivlər təhlil edilib.

Dəyirmi masa işini “İnsan hüquqlarının nəzəri əsasları”, “İnsan hüquqlarının müdafiəsi təcrübəsi” və “İnformasiya hüququ: nəzəri və təcrübi məsələlər” adlı üç bölmədə davam etdirib və 30 elmi məruzə dinlənilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Bakı Dövlət Universiteti
Azernews Newspaper
Digər xəbərlər
TRT Bakı nümayəndəliyinin rəhbəri "Beynəlxalq Jurnalistika Məktəbi"ndə olub (FOTO)
Cəmiyyət 19 Aprel 16:52
BDU rektoru doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb (FOTO)
Cəmiyyət 9 Aprel 19:02
BDU-da mərhum tələbə Kamran Babazadənin xatirəsi anılıb (FOTO)
Cəmiyyət 5 Aprel 18:50
BDU-da “Türk xalqlarında Novruz” adlı tədbir təşkil olunub (FOTO)
Cəmiyyət 16 Mart 20:08
BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslar əlavə edilib
Cəmiyyət 23 Fevral 14:30
BDU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (FOTO)
Dağlıq Qarabağ Münaqişəsi 22 Fevral 16:55
Bakı Dövlət Universitetinin təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir (FOTO)
Cəmiyyət 21 Fevral 16:57
BDU-da “Science via Media” layihəsinin mükafatlandırma mərsimi keçirilib (FOTO)
Cəmiyyət 19 Fevral 14:10
BDU və Bilik Fondu arasında anlaşma memorandumu imzalanıb (FOTO)
Cəmiyyət 30 Yanvar 14:40
BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb (FOTO)
Cəmiyyət 23 Yanvar 14:37
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTO)
Cəmiyyət 18 Yanvar 15:00
Koreya səfiri BDU-da olub
Cəmiyyət 17 Yanvar 18:57
BDU məzunlarına Vürçburq Universitetinin diplomları təqdim edilib
Cəmiyyət 16 Yanvar 17:08
Almaniyalı professor BDU-da məruzə edib (FOTO)
Cəmiyyət 12 Yanvar 19:36
BDU imtahan sessiyasında “Açıq qapı” günü keçirib (FOTO)
Cəmiyyət 10 Yanvar 15:53
“Gənc istedadlar” liseyinin şagirdləri sertifikatlara layiq görülüb (FOTO)
Mədəniyyət 28 Dekabr 2017 19:36
BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub (FOTO)
Cəmiyyət 28 Dekabr 2017 16:31
BDU-da “Gənc istedadlar” liseyinin 10 illik yubileyi qeyd edilib (FOTO)
Cəmiyyət 27 Dekabr 2017 20:12
Ən çox oxunanlar
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib
Erməni artistlər fəxri adlardan imtına edirlər
Paytaxtda tıxac var - SƏBƏBİ: bu küçə və prospektlər bağlandı (SİYAHI)
Nəzər nöqtəsi
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter