...

Azərbaycanda 73 modul tipli məktəbin inşası başa çatıb

Cəmiyyət Materials 21 Dekabr 2017 14:01 (UTC +04:00)
Bu günədək 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.
Azərbaycanda 73 modul tipli məktəbin inşası başa çatıb

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu günədək 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, modul tipli məktəblər Balakən, Sabirabad, Şəki, Quba, Qusar, Neftçala, Kürdəmir, Ağdaş, İsmayıllı, Tovuz, Göygöl, Tərtər,Göyçay və digər rayonlarda inşa olunub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Hazırda ölkədə modul tipli məktəblərin inşası davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti