...

Bakı Ali Neft Məktəbi Petronasla əməkdaşlığa başlayır (FOTO)

Cəmiyyət Materials 24 Yanvar 2018 09:46 (UTC +04:00)
Bakı Ali Neft Məktəbi Petronasla əməkdaşlığa başlayır.
Bakı Ali Neft Məktəbi Petronasla əməkdaşlığa başlayır (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Malayziyanın Petronas şirkətinin Azərbaycan nümayəndəliyinin Biznesin inkişafı, planlama və risklərin idarə edilməsinin rəhbəri, direktor müavini Rəşad Məmmədov və Korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyeva ilə görüşüb.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, rektor görüş zamanı qonaqlara Ali Məktəbin fəaliyyəti, tələbələri, onların yüksək statistik göstəriciləri haqda məlumatlandırıb və BANM-ın neft sektorunda əməkdaşlıq etdiyi şirkətlər və onlarla əməkdaşlıq istiqamətlərindən danışıb.

Rəşad Məmmədov Petronas Azərbaycan şirkətinin BANM-ın tələbələrinə böyük marağı olduğunu bildirərək, iki müəssisə arasında əməkdaşlığın zəruri olduğunu deyib. Məhz bu istiqamətdən çıxış edərək, o görüş zamanı BANM-ın tələbələrini “Bugünün öyrənənləri, sabahın liderləri” şüarı altında Petronas Təhsil Sponsorluq Proqramına cəlb etmək niyyətində olduğunu bildirib. R.Məmmədovun sözlərinə görə bu proqram vasitəsilə Ali Məktəbin bir neçə tələbəsinin Malayziyada Petronas Texniki Universitetində 4 illik bakalavr təhsilinin təşkil və təmin olunması həyata keçiriləcək. Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və Neft-qaz geologiyası ixtisasları üzrə bakalavr təhsili almaq şansı əldə edəcək tələbələr əvvəlcədən müəyyən edilmiş xüsusi kriteriyalar əsasında Petronas Azərbaycan şirkəti tərəfindən seçiləcəklər.

Tərəflər görüş zamanı həmçinin gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə ediblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti