...

Nazirlik: Köçürülməsinə icazə verilən tələbənin bundan imtina etmə haqqı ləğv edilib

Cəmiyyət Materials 9 Fevral 2018 07:46 (UTC +04:00)
Bu ildən etibarən hər hansı ali məktəbə və ya ixtisasa köçürülməsinə icazə verilən tələbənin sonradan bundan imtina etmək haqqı ləğv edilib.
Nazirlik: Köçürülməsinə icazə verilən tələbənin bundan imtina etmə haqqı ləğv edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ildən etibarən hər hansı ali məktəbə və ya ixtisasa köçürülməsinə icazə verilən tələbənin sonradan bundan imtina etmək haqqı ləğv edilib.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S.Gözəlovun sözlərinə görə, əgər tələbə www.transfer.edu.az portalına müraciət edib köçürülürsə, bununla bağlı Təhsil Nazirliyi tərəfindən əmr verilir. Bu əmrin bir nüsxəsi tələbənin təhsil aldığı müəssisəyə, biri isə köçürüldüyü ali təhsil müəssisəsinə göndərilir: "Proses bununla rəsmiləşdirilir. Bunu geriyə qaytarmağa isə bu ildən icazə verilmir. Bu barədə tələbələrə də xəbərdarlıq edilib".

S.Gözəlov bildirib ki, bu il tələbə köçürmələri ilə bağlı edilən müraciətlərin sayı ötən illə müqayisədə kifayət qədər artıb.

Nazirlik rəsmisi deyib ki, bu il tələbə köçürmələri üçün bakalavriat səviyyəsi üzrə müraciətlərin sayı 970-dən çoxdur, magistratura səviyyəsi üzrəbu rəqəm 74, orta ixtisas təhsili üzrə isə 340-dan çoxdur:

"Bu artım bəlkə də tələbələrin daha əvvəl düzgün ixtisas seçməmələri ilə bağlıdır. Təcrübə də göstərir ki, tələbələr ixtisas seçimi zamanı kiminsə tövsiyəsini nəzərə alırlar. Müraciətlərin sayının çox olmasının əsas səbəblərindən biri də yeni qaydaların əvvəlkinə nisbətən daha liberal olması, yəni sadələşdirilməsidir".

S.Gözəlov deyib ki, bu il magistratura səviyyəsi üzrə də tələbə köçürülməsinə (yalnız I tədris ilində) icazə verilir. O, bunun da müraciətlərin sayının artmasına səbəb olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti