...

Azərbaycan gimnastları İdman Gimnastikası üzrə Dünya Kuboku yarışlarında finala çıxdılar

Cəmiyyət Materials 15 Mart 2018 13:30 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən İdman Gimnastikası üzrə Dünya Kuboku yarışlarında Azərbaycan gimnastları Marina Nekrasova və Yuliya İnşina final mərhələsinə çıxıblar.
Azərbaycan gimnastları İdman Gimnastikası üzrə Dünya Kuboku yarışlarında finala çıxdılar

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən İdman Gimnastikası üzrə Dünya Kuboku yarışlarında Azərbaycan gimnastları Marina Nekrasova və Yuliya İnşina final mərhələsinə çıxıblar.

Trend-in məlumatına görə, M.Nekrasova 13,983 bal toplamaqla ikinci, Y.İnşina isə 13,183 bal toplamaqla beşinci yeri tutub.

Finala həmçinin Özbəkistan təmsilçisi Oksana Çusovitina, Sloveniya gimnastları Teja Belak və Tyaşa Kiseleff, Ukrayna nümayəndəsi Yana Fyodorova, türkiyəli idmançı Göksu Ustac Şanlı və Cənubi Afrika idmançısı Klaudiya Kammins çıxıblar.

Qeyd edək ki, martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Yarışlarda 25 ölkədən 102 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti