...

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Cəmiyyət Materials 7 May 2018 19:51 (UTC +04:00)
Ordu nümayəndələri Avropa ölkələrində beynəlxalq tədbirlərdə iştirak edirlər.
Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

Bakı. Trend:

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ordunun nümayəndələri Predyal şəhərində (Rumaniya) “Təməl dağa dırmanma təlim kursu”, Oberammerqau şəhərində (Almaniya) Birgə təlim konfransı, Budapeşt şəhərində “Döyüş meydanında yaralılara təcili tibbi yardımın göstərilməsi kursu”, Belqrad şəhərində (Serbiya) “REGEX 18” təliminin 5-ci planlaşdırma görüşü, Stavanger şəhərində (Norveç) tərfdaş ölkələrin milli hərbi nümayəndələri ilə seminar və Tartu şəhərində (Estoniya) “NATO-nun Tibbi qiymətləndirmə kursu”nda iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti