...

TREND İnformasiya Agentliyində Gürcüstan KİV nümayəndələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 23 May 2018 19:37 (UTC +04:00)
TREND Beynəlxalq İnformasiya Agentliyində Gürcüstanın KİV nümayəndələri ilə görüş keçirilib.
TREND İnformasiya Agentliyində Gürcüstan KİV nümayəndələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

TREND Beynəlxalq İnformasiya Agentliyində Gürcüstanın aparıcı KİV nümayəndələri ilə görüş keçirilib.

Görüşdə www.kvira.ge (Ketevan Xositaşvili), www.pia.ge (Dmitri Tikaradze), www.primetime.ge (Ketevan Xatiaşvili), www.reportiori.ge (Giorgi Mamatsaşvili), www.ipress.ge (Tamar Lepsveridze), www.accent.com.ge (Uça Kandelaki) kimi saytların baş redaktorları, eləcə də www.commersant.ge saytının kommersiya direktoru Tata Dolidze iştirak edib.

Gürcüstan KİV nümayəndələrini salamlayan TREND İnformasiya Agentliyinin baş redaktoru İlahə Məmmədli onlara agentliyin fəaliyyəti, eləcə də onun məhsulları, Xəzər regionu, Cənubi Qafqaz və Mərkəzi Asiya xəbərlərinin işıqlandırılması haqqında məlumat verib.

Qonaqlar xüsusilə TREND-in informasiya mənbələri ilə, o cümlədən Gürcüstandan olan mənbələrlə iş metodu ilə maraqlanıblar. Trend.az və day.az saytlarının materiallarını böyük maraqla oxuduqlarını qeyd ediblər.

Gürcüstan media nümayəndələrinin də qeyd etdiyi kimi, bu gün dünyada, o cümlədən Gürcüstanda çap mətbuatının sürətlə populyarlığını itirməsinə baxmayaraq, geniş oxucu kütləsinə malik, Azərbaycanda ingilis dilində nəşr olunan məşhur qəzetlərdən biri "Azernews" nəşrinin təcrübəsi qonaqların diqqətini çəkib.

Görüşün yekunu olaraq TREND Beynəlxalq İnformasiya Agentliyi və Gürcüstan KİV-ləri arasında sıx əməkdaşlıq qurmaq təklif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti