...

Məktəblilər üçün muzey həftəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 May 2018 10:06 (UTC +04:00)
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən artıq üçüncü ildir ki, məktəblilər üçün muzey həftəsi təşkil edilir.
Məktəblilər üçün muzey həftəsi keçirilib (FOTO)

Bakı. Trend:

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən artıq üçüncü ildir ki, məktəblilər üçün muzey həftəsi təşkil edilir.

Trend-in məlumatına görə, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar “Muzeylər və Azərbaycan Demokratik Respublikası - 100 il” məktəblilər üçün Bakı şəhəri üzrə 12-18 may 2018-ci il tarixlərində muzey həftəsi və Respublika bölgələri üzrə 18-28 may 2018-ci il tarixlərində muzey ongünlüyü keçirilib. Məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin şərqdə ilk Demokratik Respublika kimi tarixi əhəmiyyəti, ölkəmizin dövlət müstəqilliyi, mədəniyyəti, müxtəlif millətlər üçün bərabər hüquqların təmin olunması, təhsilin, mədəniyyətin inkişafı haqqında biliklərini genişləndirərək müstəqillik yolunda tarixi nailiyyətlərlə tanış olublar.

Muzeylərə ekskursiyadan öncə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəklərin məşğələləri bu əlamətdar tarixə həsr olunaraq, “Azərbaycan Demokratik Respublikası - 100 il” mövzusunda təqdimatlar nümayiş etdirilib.

Maarifləndirici proqram çərçivəsində Bakı şəhərinin 190 ümumtəhsil müəssisəsində fəaliyyət göstərən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin turizm, diyarşünaslıq, ekoloji profilli dərnəklərinin 5444 nəfər dərnək üzvi, respublikanın 28 rayonunda fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin hər birindən 100 uşaq olmaqla 2800 nəfər dərnək üzvi muzey ongünlüyündə Bakı şəhərinin və regionların aparıcı muzeylərinə, tarixi abidələrinə, ev muzeylərinə, dövlət tarixi memarlıq qoruqlarına ekskursiya ediblər.

Muzey həftəsində 28 rayon və şəhərdən, o cümlədən Respublika, Sumqayıt 1 və 2 nömrəli Abşeron, Mingəçevir, Gəncə, Şirvan, Şəki, İsmayıllı, Tovuz, Şəmkir, Astara, Samux, Şuşa, Daşkəsən, Xaçmaz, Lənkəran, Balakən, Agstafa, Masallı, Ağdam, Goranboy, Cəlilabad, İmişli, Səlyan, Naftalan, Göyçay və Qax Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvləri xüsusilə yüksək fəallıq göstərib.

“Muzeylər və Azərbaycan Demokratik Respublikası - 100 il” məktəblilər üçün muzey həftəsi və ongünlük maarifləndirici proqramı çərçivəsində ümumilikdə 8244 nəfər məktəbli iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti