Bakı. Hüseyn Vəliyev - Trend:
Son 3 il ərzində Azərbaycanda informasiya sistemlərinin sındırılması halları əhəmiyyətli dərəcədə artıb.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən “BIS Summit 2018” konfransı zamanı “Financial Chain Corporation” şirkətinin informasiya təhlükəsizliyi üzrə direktoru Aleksandr Tvaradze deyib.
O bildirib ki, bir çox strukturlar bu cür məlumatları paylaşmaqda maraqlı deyillər:
“Bizim məlumatlarımıza əsasən, 500-1000 manat həcmində kiçik oğurluqdan tutmuş, 30-50 min avroluq iri oğurluğadək çoxlu sayda faktlar qeydə alınıb. Oğurluqlar fişinq, daxili sistemin sındırılması, eləcə də insayderlər tərəfindən sui-istifadə vasitəsilə həyata keçirilir”.
Ekspert hesab edir ki, hazırda bazarda təhlükəsizlik sistemlərinin tətbiq olunmasının vaxtı çatıb.