Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatı ilə təltif edilib (FOTO)

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatı ilə təltif edilib (FOTO)

Bakı. Trend:

İyunun 19-20-də Qazaxıstanın paytaxtı Astanada, Qazaxıstan Milli Muzeyində MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “MDB-də dialoq - XXI əsrdə humanitar əməkdaşlığın perspektivləri” mövzusunda XIII Forumu keçirilib.

MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Forumu Müstəqil Dövlətlər Birliyi məkanında ən iri illik humanitar tədbirdir. MDB ölkələrinin mədəni, elmi və təhsil elitası forumlarda görüşməklə birbaşa peşəkar ünsiyyət və təhsil, elm, ədəbiyyat, təsviri incəsənət və Birlikdə mədəniyyətlərarası qarşılıqlı əlaqənin digər sahələrində aktual, tələbat duyulan layihələrin dəstəklənməsi üçün nadir imkana malik olur.

Forumda Azərbaycanı geniş nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva, AMEA-nın vitse-prezidenti, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycanın Xalq Artisti Murad Adıgözəlzadə, digər elm və incəsənət xadimləri daxil idi.

Forumun açılışında Azərbaycan ilə yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib. Qazaxıstanın Dövlət katibi Gülşara Abdıkalıkova Prezident Nursultan Nazarbayevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Dövlət katibi vurğulayıb ki, belə forumlar çərçivəsində humanitar əməkdaşlıq ölkələr arasında mehriban qonşuluq siyasətini daha da möhkəmləndirir.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və tədbirin işinə uğurlar arzulayıb.

Sonra 2017-ci il üçün “Birlik ulduzları” mükafatı laureatlarının təltif edilməsi mərasimi keçirilib. Laureatlar sırasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor Nərgiz Paşayeva, görkəmli rusiyalı musiqiçi, alt alətində ifaçı, dirijor, məşhur pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti Yuri Başmet, Qazax Milli incəsənət Universitetinin rektoru, ictimai xadim, Qazaxıstan Respublikasının Xalq Artisti Ayman Musaxacayeva, Moldova Elmlər Akademiyasının həqiqi üzvü, Milli Kosmik Texnologiyalar Mərkəzinin direktoru, Moldova Respublikasının elm və texnika sahəsində Dövlət Mükafatı laureatı İon Bostan, Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldajan Akmataliyev, Tacikistan Respublikasının Xalq Şairi, Yazıçılar İttifaqının sədri Kosim Nizom, Belarus Respublikasının Əməkdar İdman Ustası, Beynəlxalq Biatlon Federasiyasının İdmançılar Komitəsinin üzvü, dördqat Olimpiya çempionu Darya Domraçeva da var.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elmi və humanitar fəaliyyətinə görə “Birlik ulduzları” mükafatını almaq üçün səhnəyə dəvət edilib. Professor Nərgiz Paşayeva onun fəaliyyətinə verilmiş yüksək qiymətə görə Forumun iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirərək deyib:

-XIII Humanitar Forumun iştirakçılarını ürəkdən salamlayıram.

Mənə “Birlik ulduzları” mükafatı laureatı olmaq və sizin aranızda olmaq xoşbəxtliyi nəsib olub. Şadam ki, dostluq tellərini möhkəmləndirərək biz müasir dünyada bir-biri ilə qarşılıqlı anlaşmanın necə vacib olduğunu başa düşürük. Hər dəfə bu cür imkan düşəndə biz biliklərin, ideyaların, mədəni təcrübənin, gələcək planlarımızın və ümidlərimizin mübadiləsinə kömək etməliyik. Məhz bu əbədi platformalar bizi hər şeydən daha çox əlaqələndirə bilər.

Bu gün biz dünya mədəni irsinin və universal dəyərlərin başı üstünü alan yeni, gözlənilməz təhlükələri tez-tez hiss edir və görürük. Gəlin yada salaq ki, IX, X, XI, XII əsrlər müsəlman mədəniyyəti və elminin ən parlaq dövrü olub. Lakin Şərqdən və Qərbdən başlanan müharibələr, yürüşlər, basqınlar böyük tələfata səbəb olub, çox şeyi birdəfəlik məhv edib. XV əsrdə Qranadada o dövrün böyük sayda sufi şeirləri yandırılıb.

Hamı başa düşmək və qəbul etmək istəyirmi ki, əxlaqi-etik, humanitar-mənəvi dəyərlər və oriyentirlər olmadan yaradıcılıq, ideya azadlığı, elmi fikrin tərəqqisi davamlı inkişaf edə bilməz.

Tarixən yaradıcılıqda həqiqətin öz abstrakt, bəzən tam fərdi, bədii ifadəsi olur. Elmdə həqiqətə və şöhrətə gedən yol uzundur. İllərboyu gərgin əmək, axtarışlar, təcrübələr olmasa, alimlər, yəqin ki, tanınmağın və elmi uğurun sevincini duya bilməzlər. Elmdə həqiqəti aşkar etmək azdır, onu dönə-dönə yoxlamaq, sübut etmək və illüziyalardan qorumaq lazımdır. Xatırlayaq ki, böyüklər də səhvə yol veriblər. Ptolomey Yerin hərəkətsiz olmasına şübhə etmirdi.

Kopernik, Eynşteyn, Tolstoy kimi doğulmaq, Nizami kimi “Xəmsə” yazmaq, Nəsimi kimi yaradıcı ideyalar naminə tərki-dünya olmaq hər kəsə nəsib olmur. Lakin biz hamımız istəsək də, istəməsək də bu böyük insanların – harmoniyanın və biliklərin gözəlliyini yaradanların bütün bəşəriyyətə qoyub getdikləri o böyük nurun bir zərrəsini daşıyırıq. Məhz onlar, onların ölməz irsi bizim yolumuzda sönməz ulduzlardır.

Biz isə, öz növbəmizdə, o ulduzların işıqlı yolu ilə getməyə çalışırıq və bəzən bu işığı əks etdirməyə ehtiyatlı cəhdlər edirik. Bununla da Göy və Yer arasında öz borcumuzu yerinə yetirir və dərk edirik ki, Həqiqətin müəllifi yoxdur, çünki müəllif o özüdür.

Əgər biz öz yolumuzda müəyyən uğur qazanmışıqsa, onda, ilk növbədə, müəllimlərimizə və ustadlarımıza, valideynlərimizə, doğmalarımıza və yaxınlarımıza, həmkarlarımıza borcluyuq. Öz uğurlarımıza görə məhz onlara borcluyuq. Mənə verilmiş yüksək mükafata görə səmimi təşəkkürümü bildirirəm. Sizin icazənizlə, pul mükafatını M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mənim rəhbərlik etdiyim Bakı filialının tələbələrinin xeyirinə istifadə etmək istəyirəm. Mən bu mükafatı bizim ali məktəbin ən yaxşı tələbəsinə təqaüd üçün ayırmaq niyyətindəyəm.

Bu yaxınlarda Azərbaycanda tariximizin ən parlaq səhifələrindən birini təntənəli şəkildə qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması gününün yüz illiyini bayram etdi. Azərbaycan xalqı müsəlman Şərqində ilk azad və demokratik respublika qurub. Azərbaycanlılar bir əsr ərzində tarixi kataklizmlərə, repressiyalara, edamlara, təqiblərə və təhdidlərə rəğmən bu böyük hadisəni daim yadda saxlayıb və respublikamızın banilərinə, o dövrün böyük nümayəndələrinə ehtiram bəsləyiblər. Azərbaycan özünün demokratik və respublikaçılıq ənənələri ilə həmişə fəxr edib və bu gün də fəxr edir.

Məqsədi ictimai rifaha xidmət etmək və humanitar əlaqələri möhkəmlətmək olan bu böyük mənalı tədbirin bütün təşkilatçılarına bir daha təşəkkürümü bildirirəm. Təltif edilənlərin hamısını, bizim bütün komandamızı təbrik edirəm, sizin hər birinizə ruh yüksəkliyi, möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram!

Əl-Fərabinin böyük ömür yolunun başlandığı Qazaxıstan Torpağına, bu gözəl Yerdə yaşayan bütün insanlara ehtiramla təzim edirəm. Qazaxıstan xalqına xoşbəxtlik arzu edirəm. Şərqdə belə bir məsəl var: xoşbəxt olmaq istəyirsənsə, ol.

Sağ olun, yeni görüşlərədək!

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı Forumda çıxış edərək bildirib ki, MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun keçirdiyi forumlarda mədəniyyət, təhsil, elm, informasiya, idman və turizm sahələrində ən vacib məsələlər müzakirə edilir. Nazir MDB çərçivəsində elmi və humanitar əməkdaşlıqda Azərbaycanın rolunu xüsusi qeyd edib və akademik Nərgiz Paşayevanın bütövlükdə dünya elminə, mədəniyyətinə, sivilizasiyalararası dialoqun inkişafına verdiyi böyük töhfəyə görə ona minnətdarlığını bildirib. O deyib: “Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nərgiz xanım da qlobal miqyaslı şəxsiyyətdir. Biz bunu böyük fəxr hissi ilə söyləyirik. Nərgiz xanımın “Birlik ulduzları” mükafatı ilə təltif olunması bir daha təsdiqləyir ki, onun həm Azərbaycan elminin, mədəniyyətinin, həm də dünya sivilizasiyasının inkişafında böyük xidmətləri var. Akademik Nərgiz Paşayevanın fəaliyyətini qiymətləndirmək bizim üçün böyük şərəfdir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan elmi, mədəniyyəti və təhsili yüksək səviyyədədir”.

MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHAF) İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu müasir dünyada belə forumların keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, ümumi qloballaşma və texnologiyaların sürətli inkişafı fonunda humanitar əməkdaşlıq məsələləri daim diqqət mərkəzində olmalıdır. Bu baxımdan birgə mədəni layihələrin həyata keçirilməsi müntəzəm xarakter alıb. Postsovet məkanında humanitar əməkdaşlığın miqyasının genişləndirilməsi modeli sağlam düşüncəli insanların diqqət mərkəzindədir. Diplomat MDB iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının Forumunun həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Forumun işinə uğurlar arzulayaraq deyib ki, bu cür tədbirlər Birlik ölkələri arasında elm və təhsil sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. O vurğulayıb ki, bu baxımdan Astana Forumunu elm xadimlərinin, yaradıcı ziyalıların ünsiyyət platforması adlandırmaq olar.

Qeyd edək ki, beynəlxalq “Birlik ulduzları” mükafatı 2009-cu ildə MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Mükafat elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahələrində nailiyyətlərə görə hər respublikadan bir nümayəndəyə verilir. Laureatların irəli sürülməsi prosesi MDB ölkələrindən olan görkəmli alimlərin, dövlət və ictimai xadimlərin daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçirilir.

Budəfəki Forum Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatı dəstəyi ilə keçirilib.

Astanada keçirilən budəfəki Forumda Belarus Respublikasının Brest şəhəri 2019-cu il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilib.

"Kolizey" yenidən ziyarətçiləri qəbul etməyə başladı
"Kolizey" yenidən ziyarətçiləri qəbul etməyə başladı
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir
“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib
“Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri” konsepsiyası təqdim edilib
Loading Bars
Xəbər lenti
Əfqanıstanda məsciddə partlayış olub, ölən və yaralananlar var
“Sosial sığorta haqqında” qanuna dəyişiklik edildi
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edildi
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Türkiyədə koronavirusdan sağalanların sayı 130 minə yaxınlaşır
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Qaradağda iki yük maşını toqquşub, xəsarət alan var
Aztəminatlı yeniyetmələrin təhsili üçün təqaüd proqramları təsis ediləcək
Maska taxılmamasına görə cərimələrin tətbiqi qüvvəyə mindi
"Muğam axşamları" layihəsi yeni formatda (VİDEO)
Pirallahı rayonunda qanvermə aksiyası keçirilib (FOTO)
Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb
Cinayət törədən uşaqların sayı azalıb
Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün STRATEGİYASI
Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb
Cəlil Xəlilov: Həm orta, həm də ali məktəblərdə hərbi dərslərin tədrisinə ciddi ehtiyac var
Ombudsmanın regional mərkəzləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər keçirib (FOTO)
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib
Baş Prokuroluq Bakıda özünü yandıran kişi ilə bağlı məlumat yayıb
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
1141 obyektdə sanitar-epidemioloji tələblər pozulub (FOTO)
Prezident İlham Əliyev uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi
Nyu-Yorkda etirazçılar mağazadan bahalı saat oğurlayıb
İllik qiyməti pis olan şagirdlər də buraxılış imtahanına buraxılırlar - Orxan Abbasov
Yelo Bankdan maaşınızın 10 misli qədər kredit!
Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü
Müəllimlərin yay məzuniyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı
Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır (FOTO)
Fərqlənmə attestatlarının və medalların verilməsində heç bir dəyişiklik yoxdur
Hazırkı şəraitdə bütün müəllimlərin işə çağırılması düzgün deyil - RƏSMİ
Məktəblərdə pedaqoji şuralar onlayn keçirilsin - TƏKLİF
“Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq (FOTO)
“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılır (FOTO)
Dərsliklərin məktəblərə geri qaytarılma tarixi AÇIQLANDI
Leyla Abdullayeva: Ermənistanın ilhaqçı siyasətinə son verməsi və işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxarması bir zərurətdir
Anar Mirzəzadə: Şagird oxuduğu məktəbi dəyişmək istəyirsə, xüsusi qaydaya əməl etməlidir
Bu şəxslər ümumtəhsil müəssisələrində işə cəlb edilməməlidir
İyunun 3-də dolların manata qarşı məzənnəsi
Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi tədris ilinin sonunadək dayandırıldı
Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar BMT TŞ-nın üzvlərinə təqdim edilib
Dövlət büdcəsinin icrası ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə olundu
Metropolitendən qatarlarda kondisionerlərin qoşulması ilə bağlı AÇIQLAMA
Mariana Vasileva FIG prezidentinin layihəsinə ekspert kimi dəvət alıb
DİN metroda polis əməkdaşları ilə bir neçə vətəndaşın mübahisəsinə aydınlıq gətirdi
Gəncədə içməli su təchizatı ilə bağlı işlər ilin sonunadək yekunlaşacaq (FOTO)
Mülki aviasiya işçiləri təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev mülki aviasiya işçilərinə fəxri adlar verdi
Tahir Kərimli: Azərbaycan az sayda dövlətlərdəndir ki, pandemiya dövründə heç bir ölkəyə və ya beynəlxalq təşkilata yardım üçün müraciət etmədi
Tibb işçiləri üçün “MD Reference” adlı mobil tədbiq istifadəyə verilir
Dini qurumlara maliyyə yardımı ayrıldı - SƏRƏNCAM
ABŞ Konqresinin üzvü Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat verib
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib
Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü (FOTO)
Formula 1-in 2020-ci il mövsümünün ilk 8 mərhələsinin təqvimi açıqlanıb
Masallı rayon prokuroru vəzifəsindən azad edildi
Bəhruz Quliyev: Ölkəmiz istənilən fors-major hallardan minimum itkilərlə çıxmaq gücündə və zəmindədir
Pandemiya vəziyyəti hələ də davam etdiyindən virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir - Sədaqət Vəliyeva
Özündə və ya ailə üzvlərində koronavirusun olmasını gizlədən abituriyentlərin imtahan nəticələri ləğv edilə bilər
Bakıda məktəb direktoruna cinayət işi açıldı
“Türk Hava Yolları” beynəlxalq reysləri bərpa edir
Bir sıra dövlət müəssisələrinin maliyyə vəziyyəti ürəkaçan deyil - Samir Şərifov
Koronavirusa qəsdən yoluxdurmanın üsulu tapılıb
Karantin rejiminin iqtisadiyyata mənfi təsirləri qaçılmaz idi - Samir Şərifov
Rusiyada 5 rahibə koronavirusun qurbanı olub
Samir Şərifov: Hazırda dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur
Tahir Mirkişili: Ötən il iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb
Aİ xaricdə hərbi əməliyyatların maliyyələşdirilməsi üçün fond yaradacaq
Samir Şərifov: Neft sektorundan asılılığımızın azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir
AzMİU və Poltava Milli Texniki Universitetinin birgə konfransı yekunlaşıb (FOTO)
ABŞ-da naməlum şəxs avtomobili polislərin üzərinə sürüb
Paytaxtı içməli su ilə təmin edən anbar və nasosxanalar necə təmizlənir? (FOTO)
Salyanda avtomobil yolu yenidən qurulur (FOTO)
İranda daha 64 nәfәr koronavirusdan ölüb
Azərbaycanda uçuşlar bərpa edilir? - RƏSMİ AÇIQLAMA
Sevinc Hüseynova: Koronavirus pandemiyası ilə mübarizədə müsbət nəticələrin əldə olunması vətəndaşların davranışlarından da çox asılıdır
Bərdədə anası və bacısını qətlə yetirən şəxs saxlanıldı
Prezidentə yazırlar: Siz xalqa arxa-dayaq olduğunuz kimi, xalq da hər zaman Sizinlədir
Beynəlxalq Bank İnnovasiya Mərkəzi yaradır
Bakıda "Mall"arın yeni iş qaydası: Bu şəxslərin girişi qadağandır
İxtisarlala bağlı xəbərlər həqiqəti əks etdirmir - Mədəniyyət Nazirliyindən AÇIQLAMA
AQTA-nın növbəti laboratoriyası milli və beynəlxalq akkreditasiyadan keçdi (FOTO)
Baş Prokurorluq daha bir şirkət rəhbərinin korrupsiya əməllərini ifşa etdi
Sabah 38 dərəcəyə qədər isti olacaq
İstanbul polisi xüsusi əməliyyat keçirdi
Rabitəbankın aktivləri 1 milyard manata yaxınlaşır
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
İşəgötürənlər üçün yeni tələblər təsdiq edildi: Qaydaları pozanlar cərimələnəcək
Ünvanlı sosial yardımın verilmə müddəti 1 ilə endirildi
Gürcüstanda virusa yoluxanların sayı 796 nəfərə çatıb
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi - MƏBLƏĞLƏR
Vitse spiker: Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var
Rusiyada koronavirusdan ölənlərin sayı 5 mini keçib
Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılmasına 6 milyon manat ayrılıb
Milli Məclisdə Kanada parlamentarisinin addımı pislənildi
Ermənistanda bir gündə 500-dən çox yoluxma qeydə alındı
Delta Group C.O. şirkəti aztəminatlı ailələrə yardım edib (FOTO)
“Sabahın Sahibkarları”na Ziraat Bank dəstəyi davam edir (FOTO)
Azərbaycan Qazaxıstana alüminium profil ixracına başladı (FOTO)
Bütün xəbərlər