Bakı. İlhamə İsabalayeva - Trend:
Yad dini ideologiyaların təsirinə məruz qalmış, onların apardıqları döyüşlərdə ölmüş, öldürülmüş şəxsləri də bəzən şəhid kimi adlandırırlar. Bu, düzgün deyil.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfransda deyib.
S.Heydərov bildirib ki, həmin şəxslərin heç birinin amalında şəhidlik yoxdur: "Bu məsələdə anlayışlı olmaq lazımdır. "Qurani-Kərim"də bu məsələ aydın ifadə olunub. Bizim dünyagörüşümüzdə, azərbaycançılıq fəlsəfəmizdə vətən uğrunda ölənlər şəhid hesab olunur. Hər bir kəs özünə arzulayar ki, o səviyyəyə çatsın. Qəhrəman kimi dünyasını dəyişmək ən böyük nemətdir".