...

Tbilisi-Bakı aviareysində ləngimə aradan qaldırılıb (YENİLƏNİB)

Cəmiyyət Materials 23 İyun 2018 15:57 (UTC +04:00)
Buta Airways aviaşirkətinin həyata keçirdiyi və texniki səbəblər üzündən ləngiyən Tbilisi-Bakı reysi yerinə yetirilib.
Tbilisi-Bakı aviareysində ləngimə aradan qaldırılıb (YENİLƏNİB)

İlk xəbər saat 14:14-də yayımlanıb

Bakı. Azad Həsənli - Trend:

Buta Airways aviaşirkətinin həyata keçirdiyi və texniki səbəblər üzündən ləngiyən Tbilisi-Bakı reysi yerinə yetirilib.

"J2 9224" aviaşirkətinin həyata keçirdiyi reys SİTA qlobal sistemində nasazlıq üzündən ləngiyib. Bu problemlə Rusiya və Hindistan kimi ölkələrin aviaşirkətləri də üzləşib.

Hazırda texniki problemlər aradan qaldırılıb və sistem ştat rejimində fəaliyyət göstərir.

XXX

saat 14:14

“Buta Airways” aviaşirkətinin həyata keçirdiyi Tbilisi-Bakı reysi ləngiyir.

Trend bu barədə Heydər Əliyev Beynəlxalq Hava limanına istinadən məlumat verir.

“J2 9224” reysi Bakıya saat 13:00-da çatmalı olsa da, reysin həyata keçirilməsi hələ də ləngiyir.

Qeyd edək ki, Bakıdan Tbilisiyə reyslər “Buta Airways” aviaşirkəti tərəfindən hər gün həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti