Bakı. Trend:
Aviasiya logistikasının inkişafı Azərbaycan və Rusiyanın Ural federal dairəsinin regionları arasında qarşılıqlı turist axınının artmasına kömək edəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycanın RF-nin Yekaterinburq şəhərindəki baş konsulu İlqar İsgəndərov deyib.
Baş konsul qeyd edib: "Biz Ural şəhərlərinə uçuş istiqamətlərinin genişləndirilməsi və qiymətlərin azaldılması üzərində işləyəcəyik. Logistikanın inkişafında həm Azərbaycan, həm də Rusiya maraqlıdır. Bu, turizmin ikitərəfli inkişafına da müsbət təsir edəcək".
İ.İsgəndərov bildirib ki, hazırda Yekaterinburqdan Bakıya həftədə yalnız iki birbaşa reys həyata keçirilir:
"Ural federal dairəsinin regionlarından Bakıya Yekaterinburq və Tümendən olan reyslərlə gəlmək olar. Bu halda qiymət Moskvadan olan reyslərlə müqayisədə yuxarı olur, hərçənd məsafə təxminən eynidir".