...

Bakıda 2 minə yaxın məzuna fərqlənmə attestatı verildi (FOTO)

Cəmiyyət Materials 17 İyul 2018 15:09 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 761, tam orta təhsil səviyyəsi üzrə isə 1 062 nəfər fərqlənmə attestatı ilə bitirib.
Bakıda 2 minə yaxın məzuna fərqlənmə attestatı verildi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 761, tam orta təhsil səviyyəsi üzrə isə 1 062 nəfər fərqlənmə attestatı ilə bitirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, artıq ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunmağa başlayıb.

Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti