...

Bu il Azərbaycandan ixrac olunan məhsulların dəyəri 9 milyard dollardan çox olub

Cəmiyyət Materials 10 Avqust 2018 13:20 (UTC +04:00)
2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 99 ölkəyə məhsul ixrac olunub, 158 ölkədən idxal olunub.
Bu il Azərbaycandan ixrac olunan məhsulların dəyəri 9 milyard dollardan çox olub

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 99 ölkəyə məhsul ixrac olunub, 158 ölkədən idxal olunub.

Trend-in məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 14 milyard 647,0 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 9 milyard 986,7 milyon dollar, idxalın dəyəri 4 milyard 660,3 milyon dollar təşkil edib, nəticədə 5 milyard 326,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,7 faiz, real ifadədə isə 2,6 faiz, o cümlədən ixrac 2,1 faiz, idxal 3,7 faiz artıb.

İxracın 22,0 faizini İtaliyaya, 8,2 faizini İsrailə, 7,5 faizini Türkiyəyə, 5,9 faizini Tayvana (Çinin əyaləti), 5,3 faizini İndoneziyaya, 4,4 faizini Hindistana, hər biri 4,0 faiz olmaqla Kanada, Rusiya və Çexiyaya, 3,8 faizini Almaniyaya, 3,7 faizini Portuqaliyaya, 3,2 faizini Gürcüstana, 2,9 faizini ABŞ-a, 2,6 faizini Fransaya, qalan 18,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 16,3 faizi Türkiyə, 10,4 faizi Çin, 7,3 faizi Almaniya, 4,8 faizi ABŞ, 4,2 faizi Ukrayna, 3,4 faizi İtaliya, 2,9 faizi İran, 2,5 faizi Belarus, 2,4 faizi Birləşmiş Krallıq, 28,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2018-ci ilin yanvar-iyun aylarında 846,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin yanvar-iyun aylarına nisbətən faktiki qiymətlərlə 15,0 faiz, real ifadədə isə 4,7 faiz çoxdur.

2018-ci ilin yanvar-iyun aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 0,8 faiz, təzə meyvə – 51,9 faiz, kartof – 15,5 faiz, bitki yağları – 6,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,6 dəfə, meyvə və tərəvəz konservləri – 30,8 faiz, polietilen – 9,5 faiz, emal olunmamış alüminium – 22,5 faiz, pambıq lifi – 14,4 faiz, qara metallardan borular – 5,5 faiz, pambıq ipliyi – 16,8 faiz, bentonit gili – 0,1 faiz artmış, şəkər ixracı isə 48,4 faiz, meyvə və tərəvəz şirələri – 12,1 faiz, tütün – 13,3 faiz, çay – 18,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 6,4 faiz, qara metallardan yarımfabrikatlar – 75,6 faiz azalıb.

2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında buğda idxalı 22,2 faiz, bitki yağları – 44,5 faiz, təzə meyvə – 49,1 faiz, çay – 13,0 faiz, qara metallardan borular – 87,0 faiz, minik avtomobilləri – 2,9 dəfə, polad prokatı – 5,7 faiz, mineral gübrələr – 85,4 faiz, qara metallardan çubuqlar – 36,3 faiz, mebel – 27,9 faiz, hesablama maşınları, blok və qurğuları – 8,2 faiz, rezin şinlər – 3,2 faiz, polietilen – 65,2 faiz, məişət kondisionerləri – 20,4 faiz, yük avtomobilləri – 2,4 dəfə, paltaryuyan maşınlar – 46,4 faiz, sement və sement klinkerləri – 71,8 faiz, avtobuslar – 9,1 faiz, məişət soyuducuları – 2,2 dəfə artmış, siqaret idxalı isə 4,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 13,9 faiz, xam şəkər və şəkər – 61,5 faiz, kartof – 22,9 faiz, quş əti və onun əlavə məhsulları – 3,2 faiz, mal əti – 25,8 faiz, təzə tərəvəz – 47,4 faiz, qara metallardan künclüklər ­– 25,0 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti