...

Nüfuzlu CFA Institutunun akkreditasiyasını qazanan Azərbaycan universiteti - UNEC

Cəmiyyət Materials 20 Avqust 2018 11:19 (UTC +04:00)
UNEC CFA İnstitutunun tərəfdaşı kimi öz tələbələri üçün hər il CFA proqramı təqaüdlərini də əldə edəcək.
Nüfuzlu CFA Institutunun akkreditasiyasını qazanan Azərbaycan universiteti - UNEC

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst - CFA) akkreditasiyasını qazanıb və İnstitut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib (CFA Instiute University Affiliation Program).

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Maliyyə ixtisasının CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CFA Program Candidate Body of Knowledge (CBOK) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının (Code of Ethics and Standards of Practice) tələblərinə cavab verdiyi və ISE-nin tədris proqramının tələbələrin maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu və tanınmış serifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib.

UNEC CFA İnstitutunun tərəfdaşı kimi öz tələbələri üçün hər il CFA proqramı təqaüdlərini də əldə edəcək.

Qeyd edək ki, UNEC CFA akkreditasiyasından keçən yeganə Azərbaycan universitetidir. Universitetlərin siyahısı: https://www.cfainstitute.org/en/about/universities/university-affiliation#first=10

Məqalədə:
Xəbər lenti

Xəbər lenti